Samuxda su basan ərazilər təmizlənir - Video

samuxda-su-basan-eraziler-temizlenir
Oxunma sayı: 1206

İntensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra əraziləri su basıb.  

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə subasma ilə bağlı məlumat daxil olan kimi FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.