Sarkisyan Türkiyədən əlini üzdü - - Protokolları geri çağırdı

sarkisyan-turkiyeden-elini-uzdu-
Oxunma sayı: 2670


“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bu məqsədlə Sarkisyan parlamentin sədrinə məktubla müraciət edib. 

Ermənistan prezidenti məktubda qeyd edir ki, iki ölkə arasında protokolların imzalanmasından 6 il keçməsinə baxmayaraq, bu illər ərzində Ermənistan hər zaman protokolların reallaşması üçün ardıcıl mövqe tutub. Onun sözlərinə görə, Türkiyə hökuməti siyasi iradə nümayiş etdirməyib, buna pararlel olaraq “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində inkaretmə və tarixdə “düzəlişlər etmə" siyasəti yürüdüb:

“Bu səbəbdən mən parlamentdən 10 oktyabrda Sürixdə “Ermənistan və Türkiyə Respublikaları arasında diplomatik əlaqələrin bərpası haqqında” imzalanmış protokolun geri çağrılması ilə bağlı qərar qəbul etdim”.