Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel yaxın vaxtda yenidən Gürcüstana səfər edəcək.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Qeyd edilir ki, Mişelin səfəri iyulun 5-də baş vermiş hadisələrdən sonra ölkədə kəskinləşən siyasi böhran fonunda olacaq.
“Səfər planlaşdırılır və bildiyimə görə, o, iyulun 18-də və ya 19-da Gürcüstana səfər edəcək. Biz Şarl Mişelə iyulun 5-də baş verən hadisələrlə bağlı tam məlumat verəcəyik...", - “Sputnik Gürcüstan” Kobaxidzenin sözlərini sitat gətirir.
O, həmçinin qeyd edib ki, Avropa Parlamentinin sədrinə istintaq və saxlanılmalarla bağlı tam məlumat veriləcək.
Xatırladaq ki, Ş. Mişel sonuncu dəfə cari ilin aprel ayında Gürcüstanda səfərdə olub.
Son xəbərlər
Son Xəbərlər