“Savaşçı”da Qarabağdakı terrorçulardan bəhs edildi - Video

savascida-qarabagdaki-terrorculardan-behs-edildi
Oxunma sayı: 1665

Fox TV-də yayımlanan Türkiyənin məşhur “Savaşçı” serialının 101-ci bölümü Qarabağa həsr olunub. 

“Qafqazinfo” xəbər verir ki, ekran işinin bu həftə yayımlanan seriyasında işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı qeyd olunub. Sözügedən terrorçuları zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir. 

Həmçinin, serialda köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.