“Saxlanılan şəxs heç vaxt polis əməkdaşı olmayıb” - Rəsmi açıqlama

saxlanilan-sexs-hec-vaxt-polis-emekdasi-olmayib
Oxunma sayı: 3925

“Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir”​.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, İ.Quliyevin əməlləri istintaqla sübuta yetirilib və tədbirlərlə saxlanılan qrup üzvlərindən biridir: “O, istintaqa məlum olan şəxslərə narkotik vasitələrin təminatını həyata keçirib. Onun əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət etməsi ilə bağlı iddialar əsassızdır, o heç vaxt polis əməkdaşı olmayıb”.