Səfər Mehdiyev Yan Lyonsla görüşdü

sefer-mehdiyev-yan-lyonsla-gorusdu
Oxunma sayı: 817

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Səfər Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daha sonra Səfər Mehdiyev gömrük sistemində aparılan son islahatların nəticəsi olaraq Azərbaycanın istənilən dövlətlə qarşılıqlı güzgülü statistika aparıla biləcəyini də bəyan edib və dövlətlərarası ticarət dövriyyəsinin düzgün həyata keçirilməsinin, ilkin məlumat mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib.

Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.