Səfərbərlik Xidmətinə müraciət edənlərin içində qadınlar da var

seferberlik-xidmetine-muraciet-edenlerin-icinde-qadinlar-da-var
Oxunma sayı: 7082

"Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var".

"Qafqazinfo" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün dörd mindən artıq şəxs müraciət edib. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".

Günel Türksoy