Şəfiqə Məmmədovaya etiraz olaraq işindən ayrıldı

sefiqe-memmedovaya-etiraz-olaraq-isinden-ayrildi
Oxunma sayı: 5719

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

Bu barədə “Qafqazinfo”ya Ə. Vəliyevin özü bildirib.

Onun sözlərinə görə, o, ARKİ-də bir müddət əvvəl baş tutmuş qanunsuz seçkilərə etiraz əlamət olaraq ərizə yazaraq vəzifəsini tərk edib.   

Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Qeyd edək ki, Ə. Vəliyev 2016-cı ildən bu vəzifədə çalışırdı.

Həmçinin oxuyun: “Şəfiqə Məmmədova seçki olmadan özünü sədr elan edib” - Şeyx Əbdüldən ağır ittiham

Şəfiqə Məmmədova seçki ilə bağlı suala belə reaksiya verdi