Səfurə İbrahimova dəfn edildi - Fotolar

sefure-ibrahimova-defn-edildi
Oxunma sayı: 6521

Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək. 

"Qafqazinfo" xəbər verir ki, məşhur aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək. 

Qeyd edək ki, S. İbrahimova ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.  

***

Xalq artisti Səfurə İbrahimova ailə üzvlərinin iştirakı ilə “Qurd qapısı” məzarlığında dəfn edilib. 

Fotolar: Əli Novruzəliyev