Bakıda ağır qəzada 3 nəfər öldü - Yenilənib - Foto

bakida-agir-qezada-3-nefer-oldu
Oxunma sayı: 6413

Bu gün səhər saatlarında paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Mərdəkan körpüsünün yaxınlığında iki avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qəza səbəbindən Şüvəlan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

***

Bakı Şəhər DYP İdarəsi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində “Hundai Matrix” markalı,  10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə A.Rəsulovun idarə etdiyi avtomobillə və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.