Şəhid Elçin Əliyev dəfn edildi - Fotolar

sehid-elcin-eliyev-defn-edildi
Oxunma sayı: 4960

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!