Şəhid Turan Məhərrəmov dəfn edildi - Fotolar

sehid-turan-meherremov-defn-edildi
Oxunma sayı: 7757

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Zaqatala rayon Qımır kənd sakini əsgər Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, Turan Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala  Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Şəhid Turan Məhərrəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazəsinin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Mübariz Muradov