Şəhidin 13 yaşlı qardaşı vəfat etdi

sehidin-13-yasli-qardasi-vefat-etdi
Oxunma sayı: 7103

Siyəzəndə məktəbli vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Rəfiyev Məhəmməd Musa oğlu dünyasını dəyişib. 

Onun nəfəs borusuna yad cismin düşməsi nəticəsində boğularaq öldüyü bildirilir.

Şəhid Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu məktəblinin Vətən Müharibəsi şəhidi Seyfəli Rəfiyevin qardaşı olduğunu yazıb.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Seyfəli Rəfiyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.