Səhnədə çıxışı zamanı yıxılıb öldü - Video

sehnede-cixisi-zamani-yixilib-oldu
Oxunma sayı: 6206

30 yaşlı braziliyalı müğənni Pedro Enrike Feyra-de-Santana şəhərində səhnədə çıxışı zamanı dünyasını dəyişib.

“Qafqazinfo” “Billboard” nəşrinə istinadən xəbər verir ki, buna səbəb sənətçinin infarkt keçirməsi olub.

Bundan bir neçə dəqiqə əvvəl isə Pedro səhnədə zarafat edib.

“Mən yorulmuşam, mən yorulmuşam... Bax mən şöhrəti niyə istəyirəm? Mən yorulmuşam”, - o deyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə müğənninin huşunu itirərək yerə yıxılmağı əks olunub.

Qeyd edək ki, P. Enrike evli idi, bir neçə ay əvvəl qızı dünyaya gəlmişdi.