Səhnədə huşunu itirdi, xəstəxanaya yerləşdirildi

sehnede-husunu-itirdi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2536

Məşhur aktyor Haluk Bilginer xəstəxanalıq olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, aktyor ötən gün axşam saatlarında Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində “Kundakçı” adlı tamaşanı səhnələşdirərkən huşunu itirib. Bu zaman tamaşaçılar arasında olan bir həkim ona ilkin tibbi yardım göstərib. Daha sonra o, xəstəxanaya yerləşdirilib.

69 yaşlı Bilginerin yüksək təzyiq səbəbindən səhhətinin pisləşdiyi, hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.