Şəkidə 3 nəfər dəm qazından zəhərləndi

sekide-3-nefer-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1278

Şəkidə 3 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin M.Ə Rəsulzadə prospektində yaşayan 1963-cü il təvəllüdlü Hacıyev Əli Hacı oğlu,1969-cu il təvəllüdlü Hacıyeva Firuzə Cəlal qızı və 2010-cu il təvəllüdlü Məmmədov Şəhriyar Xalid oğlu ötən gecə zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi xəstəxanasına daxil olublar.

Hər üç şəxsin yaşadıqları ünvanda dəm qazından zəhərləndiyi ehtimal olunur.

Mübariz Muradov