Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Toyota Prado” markalı avtomobillə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
“Report”un xəbərinə görə, qəzada xəsarət alanların sayı 10 nəfərə çatıb.
Yaralananların əkəsəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sərnişinlərdir.
Yaralılar bunlardır:
Qax rayon sakini - 32 yaşlı Əliyev Akşin Adil oğlu (“Mercedes”in sürücüsü)
Cəlilabad rayon sakini - 26 yaşlı Səmədov Fərid Zakir oğlu (“Prado”nun sürücüsü)
Bakı sakini - 53 yaşlı Hacıyev İsa Bədrəddin oğlu
Qax rayon sakini - 24 yaşlı İsrafilov Elməddin İsrafil oğlu
Qax rayon sakini - 36 yaşlı Babayev Tural Abdulla oğlu
Qax rayon sakini - 25 yaşlı Seyidova Nailə Nəsib qızı
Qax rayon sakini - 22 yaşlı Seydəliyev Abdul Məcid oğlu
Bakı sakini - 26 yaşlı Məmmədli Ülfət Qulam oğlu
Qax rayon sakini - 32 yaşlı Nurməmmədov Neyman Nəriman oğlu
Qax rayon sakini - 5 yaşlı Həzrətov Vüqar Emin oğlu
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.


Son xəbərlər
Son Xəbərlər