Səkkizinci dəfə burun əməliyyatı olundu

sekkizinci-defe-burun-emeliyyati-olundu
Oxunma sayı: 2561

Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç burnundan əməliyyat olunub.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkəsində foto paylaşaraq bildirib.

40 yaşlı müğənni illər öncə ilk dəfə ibtidai sinifdə oxuyarkən burnundan əməliyyat olunduğunu açıqlamışdı.

“Plastik əməliyyat etdirdim. Hətta 7 dəfə. İbtidai məktəbdən bəri dəfələrlə burun əməliyyatı keçirmişəm. Mənim bir xəstəliyim var. Burun sümüklərim deformasiyalı idi. Həkim sümüklərlə yanaşı qığırdaqlarımı da götürüb, bununla da həyatımın ən çətin günləri başlayıb. Ora-buramdan bir şeylər götürülüb burnuma əlavə olunurdu. Artıq bir şey olsa da, burun əməliyyatı olunmayacam, yorulmuşam”, - deyən Dalkılıç yenidən, 8-ci dəfə əməliyyat olunub.