Səlahiyyət müddəti başa çatır – - 20 il

selahiyyet-muddeti-basa-catir-
Oxunma sayı: 7289


“Qafqazinfo” Modern.az saytına istinadən xəbər verir ki, bu ilin aprelində Elman Rüstəmovun səlahiyyət müddəti başa çatacaq. Bəs ona yenidən bu vəzifədə qalmaq imkanı veriləcəkmi?...

Qeyd edək ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. 

Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib. 

İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 

Beləliklə, hazırda fəaliyyəti müzakirə olunan ölkənin baş bankiri təxminən bir ay yarımdan sonra salahiyyətini bitirəcək. Amma 20 ildir Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmova daha 5 il səlahiyyət verilə bilər...