Ağ Ev “Prezidentlərin şöhrət xiyabanı”ndakı lövhələri yeniləyib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, yeni lövhələrdə bəzi keçmiş ABŞ liderlərinin portretlərinin altına tənqidi təsvirlər əlavə edilib.
Bir çox sələflərinin portretləri altındakı mətnləri hazırkı ABŞ Prezidenti Donald Trampın şəxsən tərtib etdiyi bildirilir. Məsələn, 46-cı ABŞ lideri Co Baydenin portreti əvəzinə fotoda avtoqələmlə yazılmış bir yazı görmək olar. Şəklin altında isə keçmiş Ağ Ev rəhbəri haqqında “ABŞ tarixinin ən pis prezidenti”, “ağır əqli tənəzzül”, “yuxulu Co” kimi bir sıra istehzalı ifadələr yer alır.
ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın portreti altında onun “Amerika tarixinin ən mübahisəli siyasi fiqurlarından biri” olduğu qeyd edilib. 42-ci Prezident Bill Klintona həsr olunmuş xatirə lövhəsində Trampın 2016-cı ildə onun həyat yoldaşı Hillari Klintonu seçkilərdə məğlub etdiyi yazılıb.
ABŞ-nin 40-cı Prezidenti Ronald Reyqana aid lövhədə isə onun Trampa böyük hörmət bəslədiyi, Trampın da onun fanatı olduğu qeyd olunub.
Bundan əlavə, “Prezidentlərin şöhrət xiyabanı”nda Trampın özünün də iki portreti asılıb. Portretlərin altında onun birinci və ikinci prezidentlik müddətinin arxada qalan dövrü ərzində əldə etdiyi nailiyyətlər əks olunub.



Son xəbərlər
Son Xəbərlər