Şəmkirdə 48 yaşlı kişi öldürüldü - Həmkəndlisi saxlanıldı

semkirde-48-yasli-kisi-olduruldu
Oxunma sayı: 334

Şəmkirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Qurban Məmmədov 1978-ci il təvəllüdlü Elşən Məmmədova bıçaq xəsarətləri yetirib. Nəticədə E. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin ehtimala görə, qətl içkinin təsiri altında baş verib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 55 yaşlı həmkəndlisi Qurban Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Yunis Quliyev