Şəmkirdə mikroavtobusun inəyi vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.
Qəza zamanı maşında olan 6 istixana işçisi xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Xəsarət alanların adları aşağıdakı kimidir:
Günel Səfərova (1985)
Kəmalə Məmmədova (1979)
Durdanə Məmmədova (1967)
Elnur Mayılov (1997)
İlhamə Zeynalova (1974)
Tahirə Əliyeva (1964)
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər