Şəmkirdə ölümlə nəticələnən ağır qəza - İtkin düşən var + Yenilənib

semkirde-olumle-neticelenen-agir-qeza
Oxunma sayı: 4309

Şəmkirdə ölümlə nəticələnən ağır qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub. 

***

Şəmkirdə ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Belə ki, 2007-ci il təvəllüdlü İlkin Rzayev vəfat edib. 1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yunis Quliyev