Pakistanın Baş naziri Şahbaz Şərif regionda sülhün bərqərar olunması istiqamətində aparılan danışıqlarla bağlı daha bir bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı rəsmi “X” hesabında sülh sazişinin imzalanmasına sayılı saatlar qaldığını və növbəti texniki mərhələyə keçildiyini elan edib:
“Biz sülh sazişinə hər zamankından daha yaxınıq. Sənədin yekunlaşmasının yaxın 24 saat ərzində gözlənildiyini nəzərə alaraq, Pakistan dərhal sonra sazişin elektron qaydada imzalanmasına hazırlaşır. Gələn həftə isə texniki səviyyədə danışıqlar baş tutacaq”.
Şahbaz Şərif bu tarixi prosesdə rolu olan qlobal güclərə və regional müttəfiqlərə xüsusi təşəkkürünü ifadə edib. O, danışıqlar boyu göstərdikləri davamlı sadiqliyə görə Amerika Birləşmiş Ştatları və İran İslam Respublikasına minnətdarlığını bildirib, eyni zamanda dəstəyinə görə regiondakı “qardaş ölkələrə” səmimi təşəkkürünü çatdırıb.
Sonda isə Baş nazir tarixi sazişin regionda uzunmüddətli və davamlı sülh üçün çox möhkəm bir təməl yaradacağına əminliyini vurğulayıb.
We are closer to a peace deal than ever before. With finalisation likely expected in the next 24 hours, Pakistan is preparing for the electronic signing of the peace deal immediately after, followed by technical level talks next week.
— Shehbaz Sharif (@CMShehbaz) June 13, 2026
We would like to thank United States of…
Son xəbərlər
Son Xəbərlər