SEPAH komandiri Tehranda sui-qəsd nəticəsində öldürüldü

sepah-komandiri-tehranda-sui-qesd-neticesinde-olduruldu
Oxunma sayı: 7724

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandirlərindən olan Səyyad Xodai Tehranda evinin qarşısında qətlə yetirilib.

Bu barədə “Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir.

Xəbəri rus dilində oxuyun: Все потребности фермера в одном центре – на выставке Caspian Agro 2022

Məlumta görə, motosiklet sürən iki nəfər Xodainin olduğu avtomobilə yaxınlaşaraq atəş açıblar. Ona beş güllə vurulub və SEPAH üzvü hadisə yerində ölüb.

İran hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.