Serbiya Prezidenti parlamenti buraxıb

serbiya-prezidenti-parlamenti-buraxib
Oxunma sayı: 1239

Serbiya Prezidenti Aleksandar Vuçiç Assambleyanın buraxılması haqqında fərman imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Serbiyada növbədənkənar parlament seçkilərinin tarixini dekabrın 17-nə təyin edib.

“Mən Serbiya Respublikasının Milli Assambleyasının (birpalatalı parlamentin) buraxılması və 2022-ci il aprelin 3-də seçilmiş parlamentin buraxılması haqqında fərman verirəm”, - Serbiya lideri xalqa müraciətində deyib.