Serbiyanın baş naziri prezidentlik yolunda - 58% səslə qalib gəlir

serbiyanin-bas-naziri-prezidentlik-yolunda
Oxunma sayı: 635

Serbiyada keçirilən prezident seçkiləri ilə bağlı təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən xəbərinə görə, baş nazir Aleksandr Vuçiç seçkilərdə 58% səslə qalib gəlir.

İkinci yerdə Serbiyanın keçmiş ombudsmanı, hüquqşunas Saşa Yankoviç 13,8% səslə, üçüncü yerdə siyasətçiLuka Maksimoviç 9,3% səslə qərarlaşıb. 

Seçkilərdə ümumilikdə 11 namizəd iştirak edib. İlk mərhələdə qalibiyyət üçün seçiçilərin səslərinin yarıdan çoxu toplanmalıdır. Əks təqdirdə  iki həftə sonra iki populyar namizədin iştiakı ilə ikinci mərhələ keçiriləcək. 

Qeyd edək ki, Serbiya prezidenti 5 il müddətinə seçilir.