Serdar Ortaç haqqında yeni qərar

serdar-ortac-haqqinda-yeni-qerar
Oxunma sayı: 5980

Türkiyədə qanunsuz mərc oynamağa təşviq etməkdə ittiham olunan məşhur müğənni Serdar Ortaçın ev dustaqlığı ləğv olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin vəkili Esennur Ezgi ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət qaldıraraq etiraz edib.

Etirazı qiymətləndirən Ağır Cəza Məhkəməsi Ortaçın ev dustaqlığını ləğv edib.

Müğənninin məhkəməsinin dekabrın 24-ü İstanbul 25-ci Cəza Məhkəməsində başlayacağı bildirilir.

Qeyd edək ki, bir müddətdir, Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.