Sərdar Ortac niyə evlənmədiyini Bakıda açıqladı - Foto

serdar-ortac-niye-evlenmediyini-bakida-aciqladi-foto
Oxunma sayı: 770

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev adına sarayda baş tutan konsertdə tamaşaçılarla çox səmimi olan müğənni köhnə repertuarındakı mahnılarla yanaşı 5 gündür işıq üzü görən yeni albomundakı mahnılarını Azərbaycan tamaşaçıları üçün ifa edib. Ortac Azərbaycanda növbəti dəfə konsert verməyinə çox sevindiyini bildirib: “15 gündür ki, mən atamı-əzizimi itirdim, amma ruhdan düşməmişəm. Sizləri görmək mənə ruh verir”.

Anasının ən çox sevdiyi mahnısı olan “kara biberim”i oxuyan pop ulduz bunları deyib: “Anam həmişə deyir ki, oğlum, 1996-cı ildə sənin mahnılarıvı dinləyəndə rəqs edib göbəy atırdım, indi 2012-ci il olsa da, sənin ifavı eşidəndə hələ də göbəy atıram”.

Müğənni subaylığın daşını niyə atmamasını da açıqlayıb: “Mənim iki qardaşım artıq evlənib. Birinin iki gözəl qızı var mən onları çox istəyirəm. Mən mahnılarımla evlənmişəm. Amma zamanı gələndə evlənəcəyəm”.

Qeyd edək ki, türkiyəli müğənni Bakıdan ayrılmamış növbəti konsertinin sözünü də verib.

Aynur Babayeva