“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.
O, rəhbərlikdən ayrılması ilə bağlı məlumatı saytımıza təsdiqləyib:
“Səbəb odur ki strategiya və fikir ayrılığı mövcuddur. “Şəfa” futbol klubuna uğurlar arzu edirəm, orada mənə əziz insanlar çalışır. Özüm isə fəaliyyətimi, Allahın köməyi ilə, daha miqyaslı layihələr ilə davam edəcəyəm”.
Qeyd edək ki, “Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.
Son xəbərlər
Son Xəbərlər