Sərnişin təyyarəsi 81 nəfərlə qəzaya düşdü - Braziliyalı futbolçularla birgə

sernisin-teyyaresi-81-neferle-qezaya-dusdu
Oxunma sayı: 7440

Kolumbiyada futbolçuların olduğu təyyarə qəzaya düşüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 72 sərnişin və ekipaj üzvləri ilə birgə Boliviyadan havaya qalxan təyyarə Medelinada qəzaya uğrayıb. Yerli medianın məlumatına görə, göyərtədə Braziliyanın “Şapekoense” futbol komandasının 27 oyunçusu və jurnalistlər olub. Təyyarədə olan sərnişinlərin taleyi barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, "Şapekoense” sabah “Cobe Sudamerica” finalında “Atlatico Nacional” komandası ilə qarşılaşacaqdı.

***

Yerli telekanal qəzada 5 nəfərin sağ qaldığını elan edib. 

Aysel Kərimova