Türkiyənin məşhur aktyoru Gökçe Özyol həbs olunub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb serial ulduzunun İstanbulda içkili şəkildə avtomobil idarə etməsi olub.
Hakim əvvəlcə aktyora 25 gün həbs və 500 lirə pul cəzası vermək istəsə də, lakin sonradan qərarı dəyişib. Belə ki, sənətçinin keçmişdə ertələnmiş cəzası olduğu məlum olub.
O, 2013-cü ildə keçmiş xanımı Aytaç Özyola şiddət göstərib. Bundan sonra məhkəmə Gökçenin cəzasını artıraraq 1 il 7 ay edib.
Son xəbərlər
Son Xəbərlər