“Səs” qəzeti bağlanır? - Açıqlama-Yenilənib

ses-qezeti-baglanir
Oxunma sayı: 2653

“Səs” qəzeti bağlanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev sosial şəbəkə hesabında məlumat yayıb.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.

***

B.Quliyev daha sonra “Səs” qəzetinin MEDİA-nın qərarı ilə həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yarandığını açıqlayıb.

Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərir.