Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O qeyd edib ki, bu saata qədər 3 milyon 716 min 135 nəfər seçici səs verib.
Bu da seçkidə iştirak edənlərin 69.93 faizi deməkdir.
***
Mərkəzi Seçki Komissiyasının Katibliyinin (MSK) Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib.
Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.
Son xəbərlər
Son Xəbərlər