Səudiyyə husi raketini havada zərərsizləşdirdi

seudiyye-husi-raketini-havada-zerersizlesdirdi
Oxunma sayı: 257

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yaxınlığında qanadlı raket zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə husilərə qarşı mübarizə aparan ərəb koalisiyasının rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

“Ər-Riyad rayonunda qanadlı raket məhv edilib”, – deyə koalisiya nümayəndəsi bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Yəmən husiləri Səudiyyə Ərəbistanının Səna şəhərini bombalamaqda davam edəcəyi təqdirdə “Saudi Aramco” neft-qaz obyektlərinə və Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına zərbələr endirəcəkləri ilə hədələmişdilər. Bu təhdid Səudiyyə koalisiyasının Sənadakı Yəmən Neft Şirkətinin obyektinə hücum hazırlığı barədə xəbərdarlığına cavab olaraq səsləndirilib. Husilər mülki şəxslərə və məmurlara “Saudi Aramco” infrastrukturundan uzaq durmağı tövsiyə ediblər.

Xatırladaq ki, oktyabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına endirilən dəhşətli zərbə nəticəsində 12 nəfər həyatını itirmiş, 309 nəfər yaralanmışdı. Husilər bundan əvvəl də Səudiyyə Ərəbistanına qarşı daha iki uğurlu hərbi əməliyyat keçirdiklərini elan etmişdilər.