Səudiyyədə ən böyük qaz yatağının kəşfinə razılıq verildi

seudiyyede-en-boyuk-qaz-yataginin-kesfine-raziliq-verildi
Oxunma sayı: 1042

“Saudi Aramco” Neft və Qaz Şirkəti Səudiyyə Ərəbistanında ən böyük qeyri-ənənəvi qaz yatağı sayılan “Cafur” qaz yatağının kəşfiyyatı üçün razılıq alıb.

“Qafqazinfo” “1prime.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Yasir əl-Rumayyan məlumat verib.

Ekspertlərin hesablamalarına görə qaz yatağının həcmi 200 trilyon kub metr təşkil edir.

Yatağın inkişaf etdirilməsi bir neçə mərhələdən ibarət olacaq. Hasilata 2024-cü ildə başlayacaq qaz yatağının istehsal gücünün 2036-cı ildə günlük 2,2 milyard kub metrə çatacağı gözlənilir.

Orxan Məmməd