Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.
O bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər