“Sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir” - Ruhi Əliyeva

sevgi-qaygi-ve-merhemet-butun-engelleri-asa-bilir
Oxunma sayı: 1212

““Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik”. Məncə də, ürəyinlə sevməyi, gözəllikləri duymağı, gülümsəməyi onlar bizə öyrədir. Hər şeyə rəğmən həyata təbəssümlə baxmağı ən gözəl məhz onlar bacarır. Dünən buna bir daha əmin oldum. Yaşadıqları fiziki məhdudiyyətlərə, əziyyətlərə rəğmən xoşbəxt olmağı bacarırlar. Bir sığal, bir xoş kəlmə, azacıq nəvaziş bəs edir ki, balaca ürəklərində sənə yer versinlər. Məsum gözlərində sənə təşəkkürlərini göstərsinlər. Onların hər birinin dünyaya bircə mesajı var: sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir. Bayramınız mübarək, məsum mələklər!”

Bu fikirləri “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva Daxili İşlər Nazirliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil etdiyi tədbirdə səsləndirib.   

Tədbirdə uşaqları bayram münasibəti ilə təbrik edən Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevsə sosial xidmət müəssiəsində çalışan əməkdaşlara təşəkkürünü bildirib: “Bu uşaqların nazını çəkib onlara ailəsi, əzizi kimi diqqət göstərdiyiniz üçün sizlərə minnətdaram”.

Sosial müəssisənin rəhbəri Sevinc Məlikova da qonaqlara uşaqlara göstərdikləri dəstəyə, diqqətə görə təşəkkür edib: “Minnətdarıq ki, bu gün uşaqlar bayramını bizim balalarımızla birgə qeyd edirsiniz”.

Daha sonra tədbir müəssidəki azyaşlıların hazırladıqları musiqi nömrələri, ifalarla davam edib.