“Sevilya” baş məşqçisini istefaya göndərdi

sevilya-bas-mesqcisini-istefaya-gonderdi
Oxunma sayı: 1652

İspaniyanın “Sevilya” klubu baş məşqçisi Dieqo Alonsonu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis bu ilin oktyabrından İspaniya klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda 14 oyuna çıxıb, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.

Hazırda komanda 17 turdan sonra 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.

Bundan əlavə, “Sevilya” Çempionlar Liqasının B qrupunu 2 xalla sonuncu yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.