“Qafqazinfo”ya açıqlamasında Sevinc Çılğın Zahir Əzəmətin sabahkı doğum günü hədiyyəsi ilə bağlı çox fikirləşdiyini, lakin sonda kitab üzərində dayandığını bildirib:
“Çox düşündüm ki, Zahirin doğum gününə nə hədiyyə edim. O, mənə maşın almışdı, mənim buna gücüm çatmazdı. Bəlkə də bunu həyatımda atdığım ən təqdirəlayiq addım hesab edirəm. Özünə qalsa heç vaxt etməzdi, çünki özündən başqa hamını düşünən adamdı axı...
Kitab üçün "Alma” qezetinin arxivini axtardım, tapdım. Çox çətinliklə o yazıları topladım. Şahbaz bəy sağolsun, bu işdə mənə dəstək oldu və budur kitab hazırda Zahir bəyin əlindədir”.
Qeyd edək ki, “Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin 2006-2009-cu illərdə “Alma” qəzetində yayımlanan publisistik yazıları toplanıb. Toplunun redaktoru Şəmşad Ağa, tərtibatçısı isə Sevinc Çılğındır.
Son xəbərlər
Son Xəbərlər