Sibir dağları üzərində qeyri-adi buludlar - Fotolar

sibir-daglari-uzerinde-qeyri-adi-buludlar
Oxunma sayı: 6674

Rusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb. “Qafqazinfo”nun məlumatına görə, onun çəkdiyi fotoları “National Geographic Rusiya” Feysbuk hesabında paylaşıb.

Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.

S. Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.

Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər.