Sığınacaqdakı qadının qohumları əməkdaşı döydü - Foto

siginacaqdaki-qadinin-qohumlari-emekdasi-doydu
Oxunma sayı: 2379

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi​nə hücum edilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə sığınacağın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edilib ki, həmin sığınacaqda yerləşdirilən bir qadının qohumları - əri H.Primov, qayınanası S.Primova və baldızı ora gələrək mübahisə ediblər. İddiaya görə, adıçəkilən şəxslər sığınacağın qadın əməkdaşını döyərək xəsarət yetiriblər.

Hadisə ilə bağlı DİN-ə müraciət edilib, ərazi üzrə polis bölməsinin əməkdaşları sığınacağa cəlb edilib.