Şimali Kiprdə ilkin nəticələr açıqlandı

simali-kiprde-ilkin-neticeler-aciqlandi
Oxunma sayı: 3369

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Seçki Şurasının sədri Bertan Özerdağ ilkin səsvermə nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, səslərin 48,19 faizi hesablanıb.

Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman yığıb.

T.Erhüman səslərin 63,38 faizini toplayıb.

Hazırkı Prezident Ersin Tatar isə 35,27 faiz səs yığıb.