Şimali Makedoniya bu şəxsləri viza tələbindən azad edir

simali-makedoniya-bu-sexsleri-viza-telebinden-azad-edir
Oxunma sayı: 1154

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Nuranə Daxilqızı