Şimşək, dolu, yağış - Sabahın havası

simsek-dolu-yagis
Oxunma sayı: 4523

Martın 22-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.