Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparmaqda şübhəli bilinən şəxslərdən biri 1981-ci il təvəllüdlü N.Pirməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu.