Sırski Pokrovska yollandı

sirski-pokrovska-yollandi
Oxunma sayı: 744

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski cəbhə xəttinin ən gərgin nöqtəsi olan Pokrovsk istiqamətinə səfər edib.

“Qafqazinfo” Ukrayna Baş Qərargahının “Telegram” kanalına istinadən xəbər verir ki, baş komandan aprelin 1-də birbaşa döyüş bölgəsində vəziyyətlə tanış olub.

Sırskinin sözlərinə görə, 1200 kilometrlik aktiv cəbhə xəttinin ən qaynar hissəsi məhz bu istiqamətdir. Baş komandan Rusiya bölmələrinin hədsiz fəallığını vurğulayaraq bildirib ki, təkcə son bir həftə ərzində bu istiqamətdə Ukrayna mövqelərinə 291 hücum qeydə alınıb.

Qeyd edək ki, martın 10-da Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun hazırda Donetsk vilayəti ərazisinin təxminən 15-17%-nə nəzarət etdiyini açıqlayıb. O, 6 ay əvvəl bu rəqəmin 20% olduğunu xatırladaraq Ukrayna qüvvələrinin geri çəkildiyini iddia etmişdi.