Şirvanda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, Şirvan ŞPŞ-nin DYP Bölməsinin keçirdiyi tədbirlərlə gecə saatlarında “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Məmmədov saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
Son xəbərlər
Son Xəbərlər