“Sizi Əlcəzairdə keçiriləcək sammitdə görməyi səbirsizliklə gözləyirəm”

sizi-elcezairde-kecirilecek-sammitde-gormeyi-sebirsizlikle-gozleyirem
Oxunma sayı: 1413

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:

“Zati-aliləri və əziz Qardaşım.

Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.

Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.