Pentaqon rəhbəri Pit Heqset İrana qarşı davam edən “Epik Qəzəb” (“Epic Fury”) əməliyyatı fonunda Tehran rejiminə və regional təhdidlərə qarşı növbəti sərt xəbərdarlığını edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında paylaşım edilib.
Paylaşımda Heqsetin amerikalıların təhlükəsizliyinin qırmızı xətt olduğunu bəyan etməsi xüsusi vurğulanıb:
“Əgər amerikalıları öldürsəniz, dünyanın istənilən yerində amerikalıları təhdid etsəniz, üzr istəmədən və tərəddüd etmədən sizi ovlayacağıq və öldürəcəyik”.
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu hazırda İran səmasında tam üstünlüyə malikdir və Tehranın hərbi infrastrukturu, xüsusilə raket sənayesi “saatbasaat buxarlanır”. O, bu kampaniyanın illərdir davam edən “İran bəlasına” son qoymaq üçün bir qisas və ədalət aktı olduğunu qeyd edib.
Xatırladaq ki, martın 4-də Pit Heqset İran rejiminin “artıq bitdiyini” və ABŞ-nin İranda istənilən hədəfi məhv etmək gücündə olduğunu bəyan etmişdi. CENTCOM-un son məlumatına görə, əməliyyatın başlanğıcından bəri İranın 20-dən çox hərbi gəmisi batırılıb və ölkənin cənub sularında İranın hərbi dəniz mövcudluğu sıfıra endirilib.
Son xəbərlər
Son Xəbərlər